USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank və fondlara borclu olan banklar - SİYAHI

24.02.2023 Bank
33 15
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, ölkəmizdə fəaliyyət göstərən bankların Azərbaycan Mərkəzi Bankı (qısaca - AMB) və fondlar qarşısında öhdəliklərinin illik dinamikası məlum olub.

Kommersant.az xəbər verir ki, 25 bankdan 4-ü AMB və fondlara olan borcunu artırıb. Belə ki, “Bank VTB (Azərbaycan)” 9 milyon 752 min manat, “Premium Bank” borcunu 3 milyon 348 min manat, “Turan Bank” 6 milyon 494 min manat, “Yelo Bank” 9 milyon 755 min manat AMB-yə olan borc dinamikasını artırıb. 6 bank isə tənzimləyici qurumdan borc almayıb.

2022-ci ilin sonunda 19 bankın dövlət qurumuna və fondlara olan borcu 721 milyon 592 min manat olub. Bu 2021-ci ilin sonu ilə müqayisədə 97 milyon 624 min manat azdır. Yəni, 2021-ci ilin sonunda bankların tənzimləyici quruma 819 milyon 216 min borcu var idi.

“Bank Avrasiya”, “Melli İran Bankı”, “Naxçıvan Bank”, “Yapı Kredi Bank” “Ziraat Bank (Azərbaycan)” dövlət qurumundan borc almayıb.

Banklar arasında AMB-yə ən çox borcu olan “Muğan Bank” olub. Onun borcu 2021-ci ilin sonu ilə müqayisədə 11 milyon 371 min manat və ya 6.04 faiz azalaraq 176 milyon 672 min manata düşüb.

AMB-yə an az borcu olan isə “Azərbaycan Sənaye Bankı” olub. Onun dövlət qurumuna olan borcu 1 il ərzində 35 min manat azalaraq 68 min manata enib.

Bankın Adı

AMB-yə Borcu

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

1

ABB

78.800

115.000

36.200

2

Access Bank

4.260

6.390

2.130

3

AFB Bank

162

244

82

4

ASB

68

103

35

5

Azər Türk Bank

107.409

143.901

36.492

6

Bank Avrasiya

-

-

-

7

Bank BTB

1.400

2.145

745

8

Bank of Baku

42.654

63.981

21.327

9

Bank Respublika

6.686

10.029

3.343

10

Bank VTB

46.381

36.629

+9.752

11

Express Bank

2.384

3.576

1.192

12

Günay Bank

2.100

5.500

3.400

13

Kapital Bank

1.080

1.620

540

14

Melli İran Bankı

-

-

-

15

Muğan Bank

176.672

188.043

11.371

16

Naxçıvan Bank

-

-

-

17

Paşa Bank

-

-

-

18

Premium Bank

30.304

26.956

+3.348

19

Rabitə Bank

2.268

3.402

1.134

20

Turan Bank

113.747

107.253

+6.494

21

UniBank

17.363

26.044

8.681

22

Xalq Bank

600

901

301

23

Yapı Kredi Bank

-

-

-

24

Yelo Bank

87.254

77.499

+9.755

25

Ziraat Bank

-

-

-