USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayden Dünya Bankının prezidenti vəzifəsinə namizəd irəli sürüb

24.02.2023 Bank
10 1
ABŞ prezidenti Co Bayden Dünya Bankının prezidentliyinə Ajay Banqanın namizədliyini irəli sürüb.

30 ildən artıq təcrübəyə malik olan Bayden dünya üzrə qlobal liderlərlə söhbət edərək, Banqanın iş yerləri yaradan və inkişaf etməkdə olan iqtisadiyyatlara sərmayə qoyan, köklü dəyişikliklər zamanı təşkilatlara rəhbərlik edən uğurlu qlobal şirkətlərin qurulması və idarə edilməsi sahəsində təcrübəsinə işarə edib.

Banqanın iqlim dəyişikliyi də daxil olmaqla dövrün ən aktual problemlərinin həlli üçün dövlət-özəl resursların səfərbər edilməsi təcrübəsinə də toxunaraq, Bayden deyib:

“Hindistanda böyüyən Ajay inkişaf etməkdə olan ölkələrin və Dünya Bankının üzləşdiyi imkanlar, çətinliklərə bələddir. Yoxsulluğun azaldılmasına və rifahın artırılmasına sadiqdir", ifadəsini işlədib.

Bəyanatda Dünya Bankının prezidentliyə namizədinin CV-si də yer alıb, eyni zamanda Ajay Banqanın hazırda "General Atlantic"də vitse-prezident vəzifəsində çalışdığı qeyd edilib.

ABŞ-ın maliyyə naziri Janet Yellen, Ajay Banqanın Dünya Bankının prezidentliyinə namizədliyi ilə bağlı verdiyi açıqlamada Banqanın düzgün liderlik və idarəetmə bacarıqlarına, inkişaf etməkdə olan bazarlarda yaşamaq və işləmək təcrübəsinə malik olacağını, Dünya Bankına rəhbərlik edəcək, əsas inkişafa nail olacağını bildirib.