USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"“Bank of Baku”da yerləşdirilən əmanətlər bata bilər" - HÜQUQŞÜNASDAN AÇIQLAMA

27.02.2023 Bank
7 1
"Bank of Baku”nun dollarla 2 və 3 illik qəbul etdiyi əmanətləri Əmanətlərin Sığortalanması Fondu sığortalamır. Bankdakı əmanətlər risk altındadır. Bəs hazırki vəziyyətdə bu bankda əmanəti olanlar nə etməlidir? Bundan sonrakı proses necə irəliləməlidir?

"Kommersant.az" xəbər verir ki, məsələni hüquqşünas Əkrəm Həsənov şərh edib. O bildirib ki, əmanətləri “Bank of Baku” özü sığortalamır demək olmaz, çünki buna qanun imkan vermir.

Hüquqşünas qeyd edib ki, Azərbaycanda əmanətlərin qorunması meyarına görə, əgər əmanət milli valyutadadırsa, onun faizi 12 faizdən çox, xarici valyutadadırsa 2.5 faizdən çox olmamalıdır:

“Hansısa bankda bu faiz dərəcələri 2.5-dən yuxarıdısa (2.55-2.65 və s.), o zaman bu, qorunmayan əmanət hesab olunur”.

Əkrəm Həsənov bildirib ki, heç kim vətəndaşı əmanətini bu faizlə qoymağa məcbur etmir:

“Vətəndaşın hətta “Bank of Baku”da da seçim imkanı var. Müştəri deyə bilər ki, mən əmanət faizinin 2.55 yox, 2.5 olmağını istəyirəm. Yəni bank üçün onun heç bir fərqi yoxdur”.

Ekspertin sözlərinə görə, bank müştəriyə daha yüksək faizi sadəcə təklif edə bilər:

"Lakin seçim müştərinindir. Bank da bununla razılaşacaq. Heç bir problem yoxdur. Vətəndaş sadəcə bu şərtləri bilməlidir və bağladığı müqaviləyə də baxmalıdır. Biz deyə bilmərik ki, bank camaatı aldadır, sadəcə bank daha yüksək faiz vermək istəyir və vətəndaş da bu halda başa düşməlidir ki, əmanəti sığortalanmayacaq. Çünki faizin yüksək həddi var. Ancaq vətəndaşı da heç kim buna məcbur etmir".

Qeyd edək ki, hüquqşünasın şərhi ilə bağlı "Bank of Baku" ilə yenidən əlaqə saxladıq. Bankdan bildirildi ki, qoyulan əmanətlərə faiz seçimi edilmir.