USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycandan 1,3% artım" - RUSİYA MEDİASI

10.07.2018 Bank
0 0
"Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) ilin birinci yarısı üçün 1,3% artıb"

"Kommersant" xəbər verir ki, bu barədə informasiya Rusiya mediasında yayımlanıb. Məlumatda göstərilir ki, prezident İlham Əliyev açıqlamasında yarım il üçün ölkə ərazisində ÜDM-in 1,3 % artdığını bildirib. O, bu göstəricinin müsbət dəyişiklik olduğunu vurğulayıb:

"Ölkə prezidenti bildirib ki, bu müddətdə ölkə iqtisadiyyatına 6 milyard dollar investisiya yatırılıb, ölkə əhalisinin gəliri 9,3%, xarici ticarət dövriyyəsi 35%, ixracat 34%, qeyri-neft ixracatı isə 20% artıb. Bundan əlavə valyuta ehtiyatları 44,3 milyard dollara qalxıb."