USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TuranBankın Müşahidə Şurası və İdarə Heyətinə yeni sədr təyin olunub

10.07.2018 Bank
2 1
TuranBankın Səhmdarlarının Ümumi Yığıncağının (SÜY) 29.06.2018-ci il tarixli qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilmişdir.

"Kommersant"ın Bankdan əldə etdiyi məlumata görə, İdarə Heyətinin sədri vəzifəsini icra edən Rauf Kazımov Müşahidə Şurasının sədri seçilmiş, Bankın İdarə Heyəti sədrinin birinci müavini olmuş Fəzail Musayev isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda, SÜY-nın müvafiq qərarı ilə Bankın İdarə Heyətinin üzvü Orxan Qarayev İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilmişdir.

Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Fuad Musayev başqa işə keçməsi ilə əlaqədar vəzifəsini tərk etmişdir.

Bankın idarəetmə orqanlarının yenilənmiş tərkibi ilə rəsmi veb səhifəmizdən tanış ola bilərsiniz.