2022-ci ilin sonunda Azərbaycanda fəaliyyət göstərən 25 bankın biri istisna olmaqla hamısı xalis mənfəət əldə edib. “Bank BTB” 4 milyon 975 min manat zərər digərləri isə toplamda 919 milyon 438 min manat xalis mənfəət qazanıb.
“Kommersant.az” xəbər verir ki, banklarımızın əldə etdiyi cəmi xalis mənfəətin 711 milyon 820 min manatı üç böyük bank arasında bölünüb. Belə ki, “Azərbaycan Beynəlxalq Bankı” (qısasaca – ABB) 254 milyon 379 min manat, “Kapital Bank” 308 milyon 47 min manat, “Paşa Bank” 149 milyon 394 min manat xalis mənfəət əldə edib. Bu üç böyük bankın əldə etdiyi xalis mənfəət 24 bankın əldə etdiyi mənfəətin 77,41 faizini təşkil edib. Geri qalan 22,58 faiz xalis mənfəət 21 bank arasında bölünüb.
Azərbaycan Mərkəzi Bankının (qısaca – AMB) bankların resurs əldə etməsinə çeşidli maneələri geri qalan kiçik və orta bankları maliyyə bazarından siləcək.