USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların cəmi kapitalının 64 faizi 4 bankın payına düşüb

28.02.2023 Bank
23 5
Azərbaycanda fəaliyyət göstərən 25 bankın cəmi kapitalı 5 milyard 621 milyon 876 min manata bərabər olub. Bu cəmin 3 milyard 597 milyon 776 min manatı 4 böyük bankın payına düşüb. Bu da ümumi cəmi kapitalın 64 faizini təşkil edir.

Belə ki, “Azərbaycan Beynəlxalq Bankı (qısaca – ABB)” ümumi cəmi kapitalın 29,04 faizinə (1 milyard 632 milyon 921 min manat), “Kapital Bank” 14,70 faizinə (826 milyon 646 min manat), “Paşa Bank” 11,79 faizinə (662 milyon 997 min manat), “Xalq Bank” isə 8,45 faizinə (475 milyon 212 min manat) sahib olub.

Digər 21 bank isə cəmi kapitalı bankların ümumi kapitalının 36 faizini təşkil edir. Yəni, 36 faizlik cəmi kapital 21 bank arasında bölünüb.

Azərbaycan Mərkəzi Bankı (qısaca – AMB) kiçik və orta bankların lisenziyasının gələcəyi barədə düşünmək yerinə bankların sağlamlaşdırılması üçün ciddi addımlar atmalıdır.

Bankın Adı

Cəmi Kapital

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

1

ABB

1.632.921

1.437.744

195.177

2

Access Bank

112.762

89.407

23.355

3

AFB Bank

83.474

81.181

2.293

4

ASB

110.059

105.476

4.583

5

Azər Türk Bank

69.174

56.980

12.194

6

Bank Avrasiya

73.806

71.743

2.063

7

Bank BTB

50.054

55.019

-4.965

8

Bank of Baku

122.860

94.475

28.385

9

Bank Respublika

118.451

100.541

17.910

10

Bank VTB

80.219

68.725

11.494

11

Express Bank

129.135

123.854

5.281

12

Günay Bank

67.551

65.615

1.936

13

Kapital Bank

826.646

648.196

178.450

14

Melli İran Bankı

37.285

35.418

1.867

15

Muğan Bank

93.180

91.965

1.215

16

Naxçıvan Bank

112.187

97.881

14.306

17

Paşa Bank

662.997

577.276

85.721

18

Premium Bank

182.564

185.939

-3.375

19

Rabitə Bank

111.596

99.425

12.171

20

Turan Bank

89.565

87.068

2.497

21

UniBank

113.395

103.796

9.599

22

Xalq Bank

475.212

449.181

26.031

23

Yapı Kredi Bank

84.074

82.061

2.013

24

Yelo Bank

76.269

68.776

7.493

25

Ziraat Bank

106.440

82.398

24.042