Azərbaycanda fəaliyyət göstərən 25 bankın xidmət şəbəkəsinə aid filial və şöbələrinin sayını hesabladıq. Hesablamaya görə Azərbaycanda toplamda 692 bank filialı fəaliyyət göstərir.
Kommersant.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən banklar arasında ən çox filiala “Azırbaycan Beynəlxalq Bankı” (qısaca - ABB) sahibdir. Onun bu şəbəkəsi ölkəmizin müxtəlif yerlərində olmaqla toplamda 166 filialı var. Dövlət bankından sonra isə ən çox xidmət şəbəkəsinə sahib olan bank “Kapital Bank” olub. O, toplamda 146 filialının qapılarını müştərilərinin üzünə açıb.
Molla rejiminin dövlət bankının başqa filialı olmadığı üçün “Melli İran Bankı” ən az xidmət şəbəkəsinə sahib olan bankdır.