Əhmədli qəsəbəsində yerləşən Bravo Hipermarketdə silahlı insident zamanı “UniBank”a məxsus təxmini 110 min manat oğurlanıb.
Kommersant.az xəbər verir ki, oğurlanan pulların banka geri qaytarılması ilə bağlı “UniBank” və Daxili İşlər Nazirliyi (qısaca – DİN) ilə əlaqə saxladıq.
Bankdan verilən məlumatda bu barədə sadəcə hüquq-mühafizə orqanlarının açıqlama verə biləcəyi söylənib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə saytımıza bildirdi ki, hadisə ilə bağlı rəsmi məlumat yalnız istintaq bitdikdən sonra bildiriləcək.