USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçrə Bankı rekord həddə zərər edib

06.03.2023 Bank
11 11
İsveçrə Milli Bankı (SNB) ötən il valyuta mövqelərindəki itki səbəbindən yekun məlumatlarla 132,5 milyard İsveçrə frankı (141,5 milyard dollar) itki verdiyini açıqlayıb. Sözügedən rəqəmin SNB-nin 115 illik tarixində ən böyük itki olması diqqət çəkib.

SNB 2022-ci il üçün yekun maliyyə nəticələrini açıqlayıb. Müvafiq olaraq, SBN keçən il istiqraz və səhm bazarlarındakı azalmalar nəticəsində 132,5 milyard İsveçrə frankı (141,5 milyard dollar) itirib. Sözügedən rəqəmin SNB-nin 115 illik tarixində ən böyük itki olması diqqət çəkib. SNB azalan səhmlər və sabit gəlirli bazarlar onun səhm və istiqraz portfelinin dəyərini aşağı saldığı üçün itkiyə çevrilib. İsveçrə frankının bahalaşması isə Bankın gəlirlərinə mənfi təsir göstərib. Son zamanlar inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artıran SNB valyuta mövqelərində 131,5 milyard İsveçrə frankı itirib. Bankın qızıl mövqeyi 400 milyon İsveçrə frankı artıb. Bank 2021-ci ildə 26 milyard İsveçrə frankı qazanacağını açıqlayıb və 6 milyard İsveçrə frankı dividend paylayıb.