Qarşıdan gələn novruz bayramı və 8 marta özəl bəzi banklar kampaniya elan edərək nağd pul kreditinin faizlərini aşağı həddə çəkib bəziləri isə komissiya xərclərini ləğv edib.
Kommersant.az xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən 25 bankdan 13-ü isə heç bir kampaniya elan etməyib. 8 bank isə qarşıdan gələn bayramlara özəl nağd pul kreditlərində güzəşt tətbiq edir.
3 bank isə kredit kampaniyası əvəzinə digər kampaniyalarla müştərilərini sevindirib. Geridə qalan “Rabitə Bank” isə ictimaiyyətə açıq Bank olmadığı üçün məlumat əldə etmək mümkün olmayıb.
DİGƏR KAMPANİYA ELAN EDƏN BANKLAR
“AFB Bank” kredit faizlərinə yox, əmanətlərə kampaniya elan edib. Belə ki, banka əmanət yerləşdirən şəxslərin vergisini bank özü ödəyəcək.
“Kapital Bank” nağd kredit alan hər kəsə lotareyada iştirak haqqı verir. Bununla da qalib şəxslərə pul mükafatı sözünü verir.
“Premium Bank” isə Novruz Bayramına özəl “miles” kartlarında 50 faiz endirim edib.