USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SVB-dən xəbər var: - Moratorium elan edildi

13.03.2023 Bank
21 2
Almaniya Bankların Tənzimlənməsi və Nəzarəti Agentliyi (BaFin) Silikon Vadisi Bankının (SVB) Almaniya filialına moratorium elan edib.

BaFin, ABŞ-da bank sektoru üçün riskləri artıran SVB-nin Almaniya şöbəsi üçün aldığı qərarları açıqladı. Açıqlamada SVB-nin Almaniya bölməsinin öhdəliklərini yerinə yetirə bilmədiyi, bankın aktivlərinin satışı və ödənişlərinin dondurulduğu bildirilib.

Açıqlamada bankın bağlanması ilə bağlı qərarın alındığı və BaFin-in qərarlarının dərhal həyata keçirilə biləcəyi, lakin yekun formanın hələ tamamlanmadığı qeyd edilib.

Açıqlamada SVB-nin Almaniya filialının ölkənin bank sektoru üçün sistemli risk yaratmadığı vurğulanıb və 30 may 2018-ci il tarixində Almaniyada fəaliyyətə başlayan bankın depozit yığmadığı bildirilib. Depozitlər və bank resurslarının miqdarı 2022-ci ilin dekabrında 789,2 milyon avro təşkil edib.

Qeyd edək ki, "Moratorium" təxirə salınma, ləğv etmə deməkdir.