Prezident Bayden, bank sektorundakı böhranla bağlı verdiyi açıqlamada "Amerikalılar bank sektoruna etibar edə bilər" deyib.
ABŞ prezidenti Co Bayden bank sektorunda yaşanan böhranla bağlı mühüm açıqlamalar verib. Prezident Bayden "2008-ci ildə bank böhranının təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik" demişdi. Bu günlərdə sektordakı böhranı yatışdırmaq məqsədilə Ağ Ev rəhbəri çıxış edib.
Konqresdən və tənzimləyicilərdən bank sektoru tənzimləmələrini sərtləşdirmələrini istəyəcəyini deyən ABŞ prezidenti Bayden, “Problemli banklarda sərmayədarlar qorunmayacaq, heç kim qanundan üstün deyil” ifadəsini işlədib.