Azərbaycanda fəaliyyət göstərən banklar arasında korporativ banklar müştərilərinə kredit kartları təklif etmir.
Kommersant.az xəbər verir ki, 25 bankdan 15-ində kredit kartı yoxdur. 6 bank kredit kartlarına görə heç bir ödəniş tələb etmir.
“Bank VTB” kredit kartları barədə müştərilərinə üçün rəsmi internet saytında heç bir məlumat yerləşdirməyib.
3 Bankın kredit kartları isə ödənişlidir. Belə ki, “Kapital Bank” Birkart kredit kartını 5 manata, “Rabitə Bank” Katmane kredit kartını 10 manata, “Bank of Baku” isə 50 manata satır.
Qeyd edək ki, iki bank rəsmi internet saytında kredit kartlarındakı məbləğ barədə müştərilərinə daha geniş məlumat verirlər.
“Azər-Türk Bank” (qısaca - ATB) təklif etdiyi ATB kredit plastik kartında 10 min manatadək kredit xətti açır. Bank sözügedən kartını sadəcə 3 illik qiymətinin pulsuz olduğunu bildirir.
“Yelo Bank”ın Yelo kredit kartını pulsuz təklif edir. Bank kart sahibinə fərdi yanaşma ilə 300 manatdan 10 min manatadək kredit xətti də aça bilir.