Adlarını dəyişən banklar - SİYAHI
Kommersant.az xəbər verir ki, adını dəyişən 16 bankdan 7-si lisenziyasını itirib. 9 bank isə yeni adları ilə ölkəmizdə fəaliyyətini davam etdirir.
Fəaliyyətdə olan banklar arasında adını ilk dəfə “Bank of Baku” dəyişib. Qurulduğu ildən etibarən 3 il ərzində "Tuqay" adı ilə fəaliyyət göstərən bank 1997-ci ildə adını dəyişib.
Ən son adını dəyişdirən bank isə “Yelo Bank” olub. Bank 2016-cı ildə rebrendinq edərək 22 illik daşıdığı Nikoil Bank adından imtina edib.
Hazırda fəaliyyətini davam etdirib və adını iki dəfə dəyişən bank isə “Kapital Bank” və "PremiumBank"dır. "Kapital Bank" 2000-ci və 2004-cü illərdə adını dəyişərək ən sonda “Kapital Bank” adını seçib. "Premium Bank" isə ən son 2018-ci ildə adını dəyişərək hazırda daşıdığı adı götürüb.
Bankın adı |
Yaranma tarixi |
Əvvəlki adları |
Adlarının dəyişmə tarixi |
AccessBank |
2002 |
Azərbaycan Mikromaliyyələşdirmə Bankı |
2008 |
Azərbaycan Sənaye Bankı |
1996 |
Capital Investment Bank |
2006 |
AGBank |
1992 |
Azəriqazbank |
2005 |
Bank of Azerbaijan |
1993 |
Rabbatbank; İş Bankası Azərbaycan |
1998 2006 |
Bank of Baku |
1994 |
Tuqay |
1997 |
Bank Technique |
1994 |
Rəşadbank; Texnika Bank |
1998 2012 |
Bank Standard |
1995 |
Most-Bank Azərbaycan |
2005 |
DəmirBank |
1989 |
Azərdəmiryolbank |
2009 |
Expressbank |
1989 |
Azərnəqliyyatbank |
2010 |
Kapital Bank |
1874 |
Azərbaycan Əmanət Bankı; Birləşmiş Universal Səhmdar Bankı |
2000 2004 |
KredoBank |
1994 |
Anar |
- |
NBCBank |
1992 |
Ruzu |
2002 |
Premium Bank |
1994 |
Azal Səhmdar Kommersiya Bankı" Bank Silk Way |
2008 2018 |
Unibank |
1992 |
MBANK |
2002 |
Yapı Kredi Bank Azərbaycan |
2000 |
Koçbank Azərbaycan |
2007 |
Yelo Bank |
1994 |
Nikoil Bank |
2016 |