Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə Azərbaycanda fəaliyyət göstərən yerli və xairici bankların əməkdaşları Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən ərazidə yüzlərlə ağac əkib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair anlaşma memorandumu”u imzalanıb.
Aksiya çərçivəsində müxtəlif ağacların əkilməsi ilə yanaşı, həmçinin damcılı suvarma sisteminin qurulması işləri də həyata keçirilib.
Qeyd edək ki, memorandumun məqsədi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100.000 ağac olmaqla, ümumilikdə 1.000.000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsidir.