USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED sərt qaydalar tətbiq edəcək

15.03.2023 Bank
17 8
FED, SVB-nin iflasından sonra orta səviyyəli banklar üçün daha sərt qaydalar tətbiq etməyi düşünür.

ABŞ Federal Ehtiyat Sistemi (FED) keçən həftə müflis olmuş Silikon Vadisi Bankına (SVB) bənzəyən, orta səviyyəli banklar üçün daha sərt tənzimləmə və nəzarət tətbiq etməyi düşünür.

SVB-nin iflasından sonra maliyyə sistemində dalğalanmalar yaşandığından ABŞ hökuməti əmanətçilərə etimadın aşılanması və sistemə dəstək verilməsi istiqamətində işlərə başlayıb. Bundan əlavə, orta səviyyəli bankların tabe olduğu qaydaların yumşaldılması da ictimai müzakirələrin mövzusudur.

Məsələ ilə bağlı məlumatı olan bir mənbədən bildirib ki, maliyyə institutlarına nəzarətdən məsul olan FED sədrinin müavini Michael Barr tərəfindən aparılan araşdırmadan sonra 100-250 milyard dollar aralığında kapitalı olan banklara daha sərt qaydalar tətbiq oluna bilər.

Qeyd edək ki, SVB iflasdan əvvəl 209 milyard dollar dəyərində kapitala sahib idi.

FED-in SVB-yə baxışının nəticələri mayın 1-də açıqlanacaq.