USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçrə Credit Suisse-dən bankirlərə məhdudiyyət

22.03.2023 Bank
20 4
İsveçrə hökuməti Credit Suisse-nin işçilərinə "premya" ödəməsini dayandırıb.

İsveçrə hökumətinin hazırladığı "xilasetmə paketi" çərçivəsində UBS Group 167 ildir fəaliyyət göstərən Credit Suisse-i 3 milyard İsveçrə frankı qarşılığında satın alaraq bankın 5,4 milyard dollarlıq borcunu öz üzərinə götürmüşdü.

İsveçrə hökuməti dünən verdiyi açıqlamada, Credit Suisse-nin 2022-ci ilə qədər "işçilərə vəd etdiyi "premya"ları" dayandırmaq qərarı verdiyini söyləmişdi. Halbuki hökumət daha əvvəl bankın bu öhdəliyini də üstünə götürdüyünü açıqlamışdı. İşçilər isə haqlarını tələb edir.

Qeyd edək ki, hökumətin bankı xilas etmək üçün təxminən 260 milyard frank zəmanət verməsi ictimaiyyətin kəskin reaksiyasına səbəb olub.