USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə sektorunda bazar rəqabəti anlayışı itiəcək

03.04.2023 Bank
12 0
Azərbaycan Mərkəzi Bankının (qısaca – AMB) fevral-mart aylarında uçot dərəcəsini qaldırması inflyasiyanı nəzarətə almaqla yanaşı banklara birbaşa təzyiqidir.

Kommersant.az xəbər verir ki, uçot dərəcəsinin artımı bankların kredit faizlərini artırmasına gətirib çıxaracaq. Hazırda maliyyə bazarında bank və bank olmayan kredit təşkilatlarının kredit faizlərinin artmasına qarşı birlik göstərməsi bu proseslərin qarşısını alır. Amma AMB bankların özəlliklə istehlak kreditlərinə üstünlük verməsinə və bu kreditlərin biznes kreditlərindən çoxluq təşkil etməsinin qarşısını almaq niyyətindədir ki, banklara qarşı olunan bu qanuni təzyiqlər də bundan xəbər verir.

Hazırda Azərbaycanda fəaliyyət göstərən böyük bankların ya dövlət büdcəsinə çıxışı var, ya da korporativ müştəriləri hesabına bazarda pay sahibidir. Onların kredit faizləri də bu səbəbə görə digər banklarla müqayisədə çoxdur. Amma bazarda kiçik və orta paya sahib olan bankların kapital problemi olsa da, kredit faizlərini artıraraq fərdi müştərilərini itirmək istəmir. Təbii ki, bu il ərzində AMB tərəfindən bir daha uçot dərəcəsinin artırılması proqnozlaşdırılır. Bu da təxmini olaraq sentyabr-oktyabr aylarına təsadüf edəcək. Bu zaman bazarda kiçik paya sahib olan banklar yavaş-yavaş bazarda payını təmamən itirəcək və AMB tərəfindən liseziyasının ləğv olunması prosesi başlanacaq. Buna görə də AMB Azərbaycandakı 25 bankın sayını azaldaraq təxmini 10-15-ə salacaq və maliyyə bazarındakı rəqabəti aradan qaldıracaq. Maddi təzyiqlərə görə orta bankların da yazın illərdə bazardakı payı azalacaq ki, bu da onların daha da kiçilməsinə səbəb olacaq. Kiçik bankların bazarda ləğv olunmasından dərhal sonra isə növbə hazırda bazarda orta paya sahib olan və zamanla kiçilən banklara gələcək.

Nəticə etibarı ilə Azərbaycanın bank sistemində bazar rəqabəti anlayışı tədricən aradan qaldırılacaq və bunun da mənfi təsirini ilk olaraq sahibkarlar, daha sonra isə əhali hiss edəcək.