Ziraat Bankı keçən il sindikatlaşdırılmış kreditini yeniləyib.
Kommersant.az xəbər verir ki, bankdan verilən açıqlamada, 423 milyon dollar və 779 milyon avro olmaqla cəmi 1,3 milyard dollar sindikasiya krediti alındığı açıqlanıb.
Açıqlamada sindikatlaşdırılmış kreditdə yenilənmə dərəcəsinin 103 faiz olduğu bildirilib.
Abu Dhabi Commercial Bank PJSC və Emirates NBD Capital Limited avro və ABŞ dolları ilə iki tranşdan ibarət 367 günlük kreditin koordinatorları, Emirates NBD Capital Limited və Standard Chartered Bank isə davamlılıq koordinatorları qismində çıxış ediblər.
Bəyanatda sindikatlaşdırılmış kreditin dəyəri ilə bağlı təfərrüatlar yer almayıb.
Açıqlamaya görə, kredit 25 ölkədən 52 bankın iştirakı ilə yenilənib.