“Bizə indi daha çox manat lazımdır ki, avro alaq və həmin məhsulları avropadan gətirə bilək. Bizim Avropa ilə ticarətimiz böyükdür. Bu baxımdan bəli, Avropa malları Azərbaycanda bahalaşacaq”.
Bu sözləri Kommersant.az-a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Avrozonada xüsusi ilə Almaniya iqtisadiyyatındakı yüksəlişlə bağlı olaraq avronun məzənnəsinin yüksəlməsi və bunun da Avropa istehsalı məhsulların bahalaşmasını şərh edərkən deyib.
Əkrəm Həsənov bildirib ki, indi avronun dollara münasibətdə qismən bahalaşmasını görürük:
“Dollaravə bizim valyutaya nisbətdə də bahalaşır. Biz milli valyutamızı dollara bağlamışıq. Buna görə bizim dollarla məzənnmiz sabitdir. Bizi valyuta dollar dünyada bahalaşanda digər valyutalara nisbətən bahalaşır”.
Ekspert əlavə edib ki, biz hazırda avronun bahalaşmasını görürük:
“ Bu o deməkdir ki, Avropadan alacağımız mallar və xidmətlərin qiyməti manatla ekvavelentində bizim üçün bahalaşacaq.
Avroya tələbata gəldikdə isə, bəli, prinsipcə ola bilsin ki, kimlərsə avro alıb saxlamağa üstünlük versin. Amma yenə də bu baxır uzunmüddətli yoxsa qısa müddətli olmağına. Uzunmüdətlidə çox adam dollar alıb saxlamağa üstünlük verir. Vronu isə ancaq Avropadan alış-veriş edənlər alır”.
Ekspert sonda onu da qeyd edib ki, ütünlükdə Azərbaycanda dollar necə geniş yayılıb elə də qalacaq. Çünki bu gün Avro bahalaşıb, lakin sabah ucuzlaşa bilər.