USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankı ləğv olunan şirkəti tender qalib elan etdi

11.04.2023 Bank
11 25
“Azərbaycan Beynəlxalq Bankı” (qısaca – AMB) ləğv olunan şirkəti tenderdə qalib elan etdi.

Dövlət bankı olan “ABB” bankın çap məhsullarının satın alınması üzrə tender elan etmişdi. Mart ayının 31-də açıqlanan tenderin nəticələri isə şübhə doğurub.

Kommersant.az xəbər verir ki, bankın tender məlumatına görə, "ABB" ASC tərəfindən bankın çap məhsullarının satın alınmasına dair tender zərflərinin açılışı baş tutub. Müsabiqənin tələblərinə cavab verən “Grey Group” MMC“Premium Təchizat” MMC qalib elan olunaraq, həmin şirkətlərlə müqavilələrin bağlanılması qərarı qəbul edilib.

Maraqlı məqam burasıdır ki, “Premium Təchizat” MMC (VÖEN 2602222791) 09.12.2016-cı ildə Lənkəran Rayonu, Təngivan hüquqi ünvanında qeydiyyatdan keçib. Daha sonra 02.10.2020 – ci ildə şirkət ləğv prosesinə start verib. Hətta bununla bağlı vergilər qəzetində də məlumat dərc edilib.

Məlumatda deyilir ki, “Premium Təchizat” MMC (VÖEN 2602222791) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ4227 Lənkəran rayonu, Təngivan ünvanına bildirə bilər.

Qeyd edək ki, “Grey Group” MMC haqqında açıq məlumatlar digər yazıda dərc olunacaq.