USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın notlarla bağlı qərarı - Şirkətlər necə faydalanacaq?

17.04.2023 Bank
25 12
Bundan sonra Azərbaycan Mərkəzi Bankının (AMB) notlarına qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də investisiya qoya biləcəklər. Not hərraclarında rəqabəti artırmaqla müxtəlif müddətlər (1/3/6/9 ay) üzrə gəlirlik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazası genişləndirilmiş, notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edilib. Qərara alınıb ki, banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsin. Bəs Mərkəzi Bankın bu qərarı nəyə xidmət edir, bu qərarlardan hansı hüquqi şəxslər yararlana biləcək?

Kommersant.az məsələni hüquqşünas ekspert Əkrəm Həsənovla müzakirə edib.

Əkrəm Həsənov ilk öncə onu qeyd edib ki, Mərkəzi Bankın notları Mərkəzi Bankın qiymətli kağızlarıdır. Yəni bunu alanlara faiz ödəyir.

Eksert qeyd edib ki, Bu qərarda dəyişiklik etmək Mərkəzi Banka ona görə lazımdır ki, dövriyyədə olan pulu yığaraq özündə cəmləşdirsin:

“Hansısa şirkətlərin, biznesin istifadə etməyi vəsait varsa, onlar gəlib Mərkəzi Bankın qiymətli kağızını alsınlar və dövriyyədə saxlamasınlar”.

Əkrəm Həsənov qeyd edib ki, bu da istənilən halda infilyasiyanın qarşısını alacaq:

“Məqsəd aydındır ki, Mərkəzi Bank bunu niyə edir. Dövriyyədə pul həcmi nə qədər azdırsa, bir o qədər qiymət artımının qarşısı alınır”.

Qərardan istifadə edəcək şirkətlər haqqında danışan iqtisadçı qeyd edib ki, bu hələki məlum deyil:

“İnanmıram ki, orta və kiçik müəssələr bindan istifadə eləsin. Çünki onların qiymətli kağız almağa artıq pulları yoxdur, varsa da onlar bu pulları banklarda saxlayacaq. Amma iri şirkətlələr var ki, hansının ki, istifadə edilməyən pulları var, onu qısa müddətli yerləşdirmək istəyirlər. Bu zaman Mərkəzi Bankın qiymətli kağızları ən uğurlu seçimdir. Çünki mərkəzi Bankın qiymətli kağızları ən etibarlı qiymətli kağızlardı. Bu qəərardan iri biznes şirkətləri istifadə edib ondan pul qazanacaq, Mərkəzi Bank isə bundan infilyasiya tədbiri kimi istifadə edəcək”.