Dövlət bankı cəmi öhdəliklərinin 3,16 faizini itirib. 2021-ci ilin 1-ci rübü ilə müqayisədə bankın cəmi öhdəliklərində 322 milyon 348 min manat azalama müşahidə olunub.
Kommersant.az xəbər verir ki, bunun da əsas səbəbi hüquqi şəxslərin bankdakı depozitlərinin 462 milyon 763 min manat və ya 6,32 faiz azalaraq 6 milyard 854 milyon manata düşməsidir.
Fiziki şəxslərin bankdakı depozitlərinin həcmi isə 23,86 faiz artaraq 1 milyard 882 milyon manata yüksəlib.