USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankının cari ilin 1-ci rübünə olan - HESABATI

19.04.2023 Bank
25 15
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) cəmi aktivlərini 85 milyon 543 min manat və ya 0,73 faiz azaldaraq 11 milyard 564 milyon manata endirib.

Kommersant.az dövlət bankının 2023 – cü ilin ilk rübünə olan hesabatına istinadən xəbər verir.

Dövlət bankının müştərilərinə verdiyi kreditləri 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 316 milyon 694 min manat artaraq 3 milyard 594 min manata yüksəlib. Bunun əsas səbəbi bankın istehlak kreditlərinin 216 milyon 59 min manat artaraq 1 milyard 47 milyon manata yüksəlməsidir. Dövlət bankının biznes kreditləri isə 110 milyon 572 min manat azalaraq 1 milyard 573 milyon manata düşüb. Bankın daşınmaz əmlak üçün verdiyi kreditlər 211 milyon 477 min manat artaraq 973 milyon 683 min manata çatıb.

ABB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 55 milyon 358 min manat artıraraq 313 milyon 419 min manata çatdırıb.

BİZNESMEN MÜŞTƏRİLƏRİNİ İTİRİB

Dövlət bankı cəmi öhdəliklərinin 3,16 faizini itirib. 2021-ci ilin 1-ci rübü ilə müqayisədə bankın cəmi öhdəliklərində 322 milyon 348 min manat azalma müşahidə olunub. Bunun da əsas səbəbi hüquqi şəxslərin bankdakı depozitlərinin 462 milyon 763 min manat və ya 6,32 faiz azalaraq 6 milyard 854 milyon manata düşməsidir.

Fiziki şəxslərin bankdakı depozitlərinin həcmi isə 23,86 faiz artaraq 1 milyard 882 milyon manata yüksəlib.

XALİS MƏNFƏƏTİ ARTIB

Dövlət bankının faiz gəliri 73 milyon 73 min manat artaraq 192 milyon 148 min manata yüksəlib. Bundan başqa bankın faiz xərcləri də 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 16 milyon 802 min manat artaraq 33 milyon 489 min manata çatıb. Buna görə də ABB xalis faiz gəliri əldə edib. 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 56 milyon 270 min manat artaraq cari ilin 1-ci rübündə 158 milyon 658 min manata bərabərləşib.

Bankın qeyri-faiz gəliri 7 milyon 681 min manat artaraq 38 milyon 297 min manata yüksəlib. Qeyri-faiz xərclərini də 11 milyon 357 min manat artıraraq 70 milyon 278 min manata yüksəldib. Nəticədə bank əməliyyat mənfəəti əldə edib. Bu mənfəət 2022-ci ilin ilk rübü ilə müqayisədə 52 milyon 594 min manat artaraq 126 milyon 677 min manata çatıb.

ABB-nin xalis mənfəəti 41 milyon 185 min manat artaraq 80 milyon 402 min manata bərabərləşib.

Bankın məcmu kapitalı 213 milyon 766 min manat artaraq 1 milyard 469 milyon manatdan çox olub.

Azərbaycan Beynəlxalq Bankı

2023 (I Rüb)

2022 (I Rüb)

Fərq

Cəmi Aktivlər

11.564,337

11.649,880

-85,543

Kredit

3.594,831

3.277,867

316,694

İstehlak kreditləri

1.047,592

831,533

216,059

Biznes kreditləri

1.573,555

1.684,127

-110,572

Daşınmaz əmlak kreditləri

973,683

762,206

211,477

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

313,419

258,061

55,358

Xalis Kreditlər

3.281,412

3.019,806

261,606

Cəmi Öhdəliklər

9.851,133

10.173,481

-322,348

Depozit

8.737,050

8.837,105

-100,055

Fiziki şəxslərin depozitləri

1.882,267

1.519,559

362,708

Hüquqi şəxslərin depozitləri

6,854,782

7.317,545

-462,763

Cəmi Kapital

1. 713,204

1.476,398

236,806

Səhmdar kapitalı

1.225,647

1.225,647

0

Bölüşdürülməmiş mənfəət

291,586

100,507

191,079

Ümumi ehtiyatlar

195,969

150,243

45,726

Faiz Gəliri

192,148

119,075

73,073

Faiz Xərci

33,489

16,687

16,802

Xalis Faiz Gəliri

158,658

102,388

56,270

Qeyri-Faiz Gəliri

38,297

30,616

7,681

Qeyri-Faiz Xərci

70,278

58,921

11,357

Əməliyyat Mənfəəti (Zərəri)

126,677

74,083

52,594

Xalis Mənfəət (Zərər)

80,402

39,217

41,185

Məcmu Kapital

1.469,625

1.255,859

213,766