Bankın fiziki şəxslərdən topladığı depozitləri 237 milyon 268 min manat və ya 12,85 faiz azalaraq 1 milyard 608 milyon manata düşüb.
Kommersant.az xəbər verir ki, hüquqi şəxslərin depozitləri isə 1 milyard 673 milyon manat və ya 43,78 faiz artaraq 5 milyard 496 milyon manata çatıb. Buna görə də bankın depozit portfeli 1 milyard 436 milyon manat və ya 25,34 faiz artaraq 7 milyard 105 milyon manata yüksəlib. Nəticədə bankın cəmi öhdəlikləri 1 milyard 418 milyon 21,64 faiz artaraq 7 milyard 972 milyon manata bərabərləşib.
Bankın aktivlərinin gəlirliyi 0,05 faiz azalaraq 0,48 faizə düşüb. Bundan başqa, “Paşa Bank”ın kapitalından istifadəsi də 2022 ci ilin 1-ci rübü ilə müqayisədə cari ilin 1-ci rübünə 0,85 faiz azalaraq 5,86 faizə enib.