“Kapital Bank” 2023-cü ilin 1-ci rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bankın xalis mənfəəti 33 milyon 114 min manat və ya 65,69 faiz artaraq 83 milyon 519 min manata yüksəlib.
Kommersant.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Kapital Bank”ın cəmi aktivləri 793 milyon 552 min manat və ya 11,44 faiz artaraq 7 milyard 728 milyon manata yüksəlib. Bunun əsas səbəbi isə bankın kredit portfelinin 321 milyon 468 min manat və ya 11,07 faiz artaraq 3 milyard 225 milyon manata çatmasıdır. “Kapital Bank”ın biznes kreditləri isə 80 milyon 904 min manat və ya 9,33 faiz artaraq 947 milyon 922 min manata yüksəlib. Bankın daşınmaz əmlaka verdiyi kreditlər də 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 122 milyon 197 min manat və ya 37,99 faiz artaraq 443 milyon 865 min manata çatıb.
“Kapital Bank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 3 milyon 681 min manat azalaraq 374 milyon 894 min manata düşüb. Bundan sonra bankın xalis kreditləri 325 milyon 148 min manat artaraq 2 milyard 80 milyon manata bərabər olub.
DEPOZİT PORTFELİ ÖHDƏLİKLƏRİNİ ARTIRIB
“Kapital Bank”ın depozit portfeli 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 435 milyon 866 min manat və ya 7,96 faiz artaraq 5 milyard 912 milyon manatdan çox olub. Bunun əsas səbəbi isə bankın hüquqi şəxslərdən topladığı depozitlərin 332 milyon 585 min manat və ya 8,70 faiz artaraq 4 milyard 154 milyon manata yüksəlməsidir. Bundan başqa bankın fiziki şəxslərdən topladığı depozitlər də 103 milyon 281 min manat və ya 6,24 faiz artaraq 1 milyard 758 milyon manata çatıb. Nəticədə bankın cəmi öhdəlikləri 434 milyon 630 min manat və ya 6,80 faiz artaraq 6 milyard 821 milyon manatdan çox olub.
CƏMİ KAPİTALI ARTIB
Səhmdar kapitalını 20 milyon manat artıraraq 265 milyon 850 min manata yüksəldən “Kapital Bank”ın bölüşdürülməmiş mənfəəti 332 milyon 161 min manat artaraq 592 milyon 336 min manata yüksəlib. Bundan başqa “Kapital Bank” ümumi ehtiyatlarını 6 milyon 761 min manat artıraraq 47 milyon 540 min manata çatdırıb. Buna görə də bankın cəmi kapitalı 358 milyon 922 min manat və ya 65,54 faiz artaraq 906 milyon 526 min manata bərabərləşib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
“Kapital Bank”ın faiz gəliri 26 milyon 270 min manat artaraq 166 milyon 220 min manata, faiz xərcləri isə 4 milyon 121 min manat artaraq 23 milyon 258 min manata yüksəlib. Nəticədə “Kapital Bank” 142 milyon 962 min manat xalis faiz gəliri əldə edib. Bu isə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 22 milyon 149 min manat və ya 18,33 faiz çoxdur.
“Kapital Bank”ın qeyri-faiz gəliri 12 milyon 995 min manat artaraq 100 milyon 739 min manata, qeyri-faiz xərcləri isə 27 milyon 884 min manat artaraq 131 milyon 555 min manata yüksəlib. Nəticədə bankın əldə etdiyi əməliyyat mənfəəti 9 milyon 129 min manat və ya 8,86 faiz artaraq 112 milyon 146 min manata bərabərləşib.
Qeyd edək ki, “Kapital Bank”ın məcmu kapitalı ötən ilin 1-ci rübü ilə müqayisədə 335 milyon 119 min manat və ya 61,21 faiz artaraq 882 milyon 559 min manata yüksəlib.