USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Xalq Bank” cari ilin ilk rübünə olan hesabatını açıqlayıb

25.04.2023 Bank
9 11
“Xalq Bank” 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bankın aktivlərinin gəlirliyi 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 0,12 faiz artaraq 0,41 faizə, kapitalının gəlirliyi isə 0,78 faiz artaraq 2,34 faizə bərabər olub.

Kommersant.az xəbər verir ki, “Xalq Bank”ın açıqladığı hesabata görə, bankın cəmi aktivlərində 313 milyon 159 min manat və ya 13,11 faiz artım müşahidə olunub. Bunun əsas səbəbi isə bankın kredit portfelinin 2022-ci ilin ilk rübü ilə müqayisədə 353 milyon 42 min manat artmasıdır. Belə ki, bankın istehlak kreditləri 1 milyon 919 min manat azalaraq 215 milyon 496 min manata ensə də, biznes kreditləri 288 milyon 952 min manat artaraq 1 milyard 263 milyon manatdan çox olub. Bundan başqa “Xalq Bank”ın daşınmaz əmlaka verdiyi kreditlərdə də artım olub. Belə ki, sözügedən bank 332 milyon 811 min manatlıq ipoteka krediti verib. Bu da 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 85 milyon 481 min manat çoxdur.

Bu artımlardan başqa bankın nastro hesabları 172 milyon 230 min manat və ya 48,69 faiz azalaraq 181 milyon 498 min manata enib.

“Xalq Bank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 20 milyon 663 min manat artıraraq 38 milyon 761 min manat etdiyi üçün bankın xalis kreditləri 332 milyon 379 min manat yüksələrək milyard 736 milyon 162 min manata bərabərləşib.

DEPOZİT PORTFELİ ÖHDƏLİKLƏRİNİ ARTIRIB

“Xalq Bank”ın öhdəliklər cəmi 283 milyon 164 min manat artaraq 2 milyard 221 milyon manatı ötüb. Bunun əsas səbəbi isə bankın müştərilərindən topladığı depozitlərin həcminin artmasıdır. Cari ilin 1-ci rübündə bankın depozit portfeli 1 milyard 901 milyon 513 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 335 milyon 232 min manat və ya 21,4 faiz çoxdur. Bu artımda əsas pay fiziki şəxslərin depozitlərinin üstünə düşüb. Bankın fiziki şəxslərdən topladığı əmanətlər 232 milyon 245 min manat və ya 38,12 faiz artaraq 841 milyon 508 min manata, hüquqi şəxslərdən topladığı əmanətlərin həcmi isə 102 milyon 987 min manat və ya 10,76 faiz artaraq 1 milyard 60 milyon 5 min manata yüksəlib.

CƏMİ KAPİTALI ARTIB

“Xalq Bank”ın bölüşdürülməmiş mənfəəti 24 milyon 83 min manat və ya 35,87 faiz artaraq 91 milyon 215 min manata yüksəlib. Bankın ümumi ehtiyatı isə 5 milyon 911 min manat və ya 33,72 faiz artaraq 24 milyon 437 min manata bərabər olub. Nəticədə bankın cəmi kapitalı 29 milyon 995 min manat və ya 6,67 faiz artaraq 479 milyon 426 min manata yüksəlib.

FAİZ GƏLİRLƏRİ XALİS MƏNFƏƏTİNİ ARTIRIB

“Xalq Bank”ın faiz gəliri 10 milyon 996 min manat artaraq 35 milyon 453 min manat, faiz xərcləri isə 860 min manat artaraq 6 milyon 269 min manata bərabərləşib. Buna görə də bank 29 milyon 184 min manat xalis faiz gəliri əldə edib ki, bu da 2022-ci ilin eyni rübü ilə müqayisədə 10 milyon 137 min manat və ya 53,22 faiz çoxdur.

Bankın qeyri-faiz gəliri 1 milyon 829 min manat artaraq 7 milyon 41 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 205 min manat artaraq 16 milyon 86 min manata bərabərləşib. Nəticədə bankın əməliyyat mənfəəti 2022-ci ilin ilk rübü ilə müqayisədə 9 milyon 761 min manat və ya 94 faiz artaraq 29 milyon 184 min manata çatıb.

“Xalq Bank”ın xalis mənfəəti 4 milyon 205 min manat və ya 60 faiz artaraq 11 milyon 214 min manat olub.

Qeyd edək ki, sözügedən bankın məcmu kapitalı 30 milyon 697 min manat artaraq 431 milyon 476 min manata bərabər olub.

Xalq Bank

2023 (I Rüb)

2022 (I Rüb)

Fərq

Cəmi Aktivlər

2.700,677

2.387,518

313,159

"Nostro" hesabları

181,498

353,728

-172,230

Kreditlər

1.774,923

1.421,881

353,042

İstehlak Kreditləri

215,496

217,415

-1,919

Biznes Kreditləri

1.263,010

974,058

288,952

Daşınmaz Kreditləri

332,811

247,330

85,481

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

38,761

18,098

20,663

Xalis Kreditlər

1.736,162

1.403,783

332,379

Cəmi Öhdəliklər

2.221,251

1.938,087

283,164

Depozit

1.901,513

1.566,281

335,232

Fiziki şəxslərin depozitləri

841,508

609,263

232,245

Hüquqi şəxslərin depozitləri

1.060,005

957,018

102,987

Cəmi Kapital

479,426

449,431

29,995

Bölüşdürülməmiş mənfəət

91,215

67,132

24,083

Ümumi ehtiyat

23,437

17,526

5,911

Faiz Gəliri

35,453

24,457

10,996

Faiz Xərci

6,269

5,409

860

Xalis Faiz Gəliri/Zərəri

29,184

19,047

10,137

Qeyri-Faiz Gəliri

7,041

5,212

1,829

Qeyri-Faiz Xərci

16,086

13,881

2,205

Əməliyyat Mənfəəti (Zərəri)

20,139

10,378

9,761

Xalis Mənfəət (Zərər)

11,214

7,009

4,205

Məcmu Kapital

431,476

400.779

30.697

ROA

0,41%

0,29%

0,12%

ROE

2,34%

1,56%

0,78%