USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dörd böyük bankın xalis mənfəəti üzrə - RENKİNQİ

26.04.2023 Bank
13 0
Azərbaycanda fəaliyyət göstərən ən böyük korporativ banklar arasında dörd (4) böyük bankın xalis mənfəəti üzrə hesabatı bəlli olub.

Kommersant.az xəbər verir ki, siyahıda təqdim olunan banklar arasında ən az xalis mənfəətə “Xalq Bank” sahib olub. Belə ki, “Xalq Bank”ın xalis mənfəəti 11 milyon 214 min manat olub ki, bu da 2022-ci ilin birinci rübü ilə müqayisədə 4 milyon manat çoxdur.

Ən çox xalis mənfəət sahibi olan bank isə “Kapital Bank” olub. Onun sözügedən mənfəəti 33 milyon 114 min manat artaraq cari ilin birinci rübünə 83 milyon 519 min manat olub.

Siyahıdakı digər banklara nisbətən xalis mənfəəti ən az artan bank isə “Paşa Bank” olub. Belə ki, bankın sözügedən mənəfəəti 3 milyon 905 min manat artaraq 42 milyon 231 min manata yüksəlib.

Xalis mənfəətini 2022-ci ilin ilk rübü ilə müqayisədə ən çox artıran isə “Azərbaycan Beynəlxalq Bankı” (qısaca – ABB) olub. Onun xalis mənfəəti 41 milyon 185 min manat artaraq 80 milyon 402 min manata çatıb.

Bankın Adı

2023 (I Rüb)

2022 (I Rüb)

Fərq

ABB

80,402

39,217

41,185

Paşa Bank

42,231

38,326

3,905

Kapital Bank

83,519

50,405

33,114

Xalq Bank

11,214

7,009

4,205