USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən çox depozit toplayan banklar - RENKİNQ

26.04.2023 Bank
20 6
Ən böyük dörd (4) korporativ banklarımız arasında 2023-cü ilin 1-ci rübünə olan depozit portfelinin 2022-ci ilin eyni rübü ilə olan müqayisəsini siyahıya aldıq. Dörd (4) bank arasıda bir (1) bankın sözügedən portfelində azalma olub.

Kommersant.az bankların balans hesabatına istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı”nın (qısaca – ABB) depozit portfeli 2022-ci ilin ilk rübü ilə müqayisədə 100 milyon 55 min manat və ya 1,13 faiz azalaraq 8 milyard 737 milyon manat olub. Buna baxmayaraq, yenə də ən çox depozit portfelinə dövlət bankı sahib olub.

1 milyard 901 milyon 513 min manatlıq depozit portfeli ilə “Xalq Bank” sonuncu yerdə qərarlaşıb. Bu portfel 2022-ci ilin eyni rübü ilə müqayisədə 335 milyon 232 min manat və ya 21,4 faiz çoxdur. Buna görə də “Xalqın Bankı” depozit portfelini ən az artıran bankdır.

Depozit portfelini ən çox artıran bank isə “Paşa Bank” olub. “Paşanın Bankı” portfelini 1 milyard 436 milyon 661 min manat və ya 25,34 faiz artıraraq 7 milyard 105 milyon 283 min manata bərabərləşib.

Bankın Adı

2023 (I Rüb)

2022 (I Rüb)

Fərq

ABB

8.737,050

8.837,105

-100,055

Paşa Bank

7.105,283

5.668,622

1.436,661

Kapital Bank

5.912,636

5.476,770

435,866

Xalq Bank

1.901,513

1.566,281

335,232