“Günay Bank”ın 2023-cü ilə cəmi aktivlər göstəricilərini azaldaraq start verib.
Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Günay Bank”ın cəmi aktivləri 2022-ci ilin son rübü ilə müqayisədə 7 milyon 43 min manat azalaraq 274 milyon 274 min manata enib. Bu azalmanın əsas səbəbi bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcminin 4 milyon 814 min manat azalaraq 25 milyon 739 min manata düşməsidir. Digər səbəb isə banklar və digər maliyyə institutlarına verilən kreditlərin 5 milyon 66 min manat azalaraq 1 milyon 490 min manata enməsidir.
Bankın bzinesmenlərə verdiyi kreditlərin həcmi ötən ilin sonu ilə müqayisədə 363 min manat azalaraq 114 milyon 81 min manata düşüb. İstehlak kreditləri 1 milyon 237 min manat artaraq 3 milyon 894 min manata, ipoteka kreditləri isə 1 milyon 335 min manat artaraq 82 milyon 970 min manata yüksəlib. Nəticədə bankın sahib olduğu kredit portfeli 2 milyon 209 min manat artaraq 200 milyon 946 min manata yüksəlib.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 95 min manat artıraraq 19 milyon 130 min manata çatdırdığı üçün “Günay Bank”ın xalis kreditləri 2 milyon 115 min manat artaraq 181 milyon 816 min manata yüksəlib.