“Kommersant”, bankın açıqladığı maliyyə hesabatına istinadən xəbər verir ki, “Naxçıvanbank” cari ilin ikinci rübünü 2 milyon 326 min manat xalis mənfəətlə başa vurub.
Bankın faiz gəlirlərinin cəmi 3 milyon 138 min manat, qeyri-faiz gəlirləri 1 milyon 668 min manat təşkil edib. Qeyd edək ki, bank mənfəətdən vergi ödəməyib.
“Naxçıvanbank”ın 2018-ci ilin ikinci rübündə cəmi aktivləri 191 milyon 812 min manat, cəmi öhdəlikləri 116 milyon 593 min manat təşkil edib. 75 milyon 218 min manat isə cəmi kapitalı olub.
Bankın kredit portfeli 2017-ci ilin hesabatı ilə müqayisədə 10% artaraq 69 milyon 113 min manat olub. Bank, kreditlər üzrə mümkün zərərlərin ödənilməsi ilə bağlı 1 milyon 96 min manat vəsait ayırıb.