USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı növbəti qərarının vaxtı açıqlanıb

01.05.2023 Bank
15 19
Azərbaycan Mərkəzi Bankının (qısaca - AMB) faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarının elan olunacağı tarix açıqlanıb.

Kommersant.az AMB-yə istinadən xəbər verir ki, AMB idarə heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı mayın 3-də saat 11:00-də açıqlanacaq.

Xatırladaq ki, martın 29-da Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 artıraraq 8,75 faizə çatdırmaq barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9,5 faizdən 9,75 faizə, aşağı həddi isə 6,75 faizdən 7 faizə çatdırılıb.