USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da daha bir bank müflis olur

04.05.2023 Bank
15 8
Son 2 ayda 3 bankını iflas elan edən ABŞ-da daha bir bank maliyyə çətinliyi ilə üzləşib. Regional bank PacWest-in satış da daxil olmaqla variantları nəzərdən keçirdiyi bildirilir. Bu xəbərdən sonra bankın səhmləri təxminən 55 faiz ucuzlaşıb.

Kommersant.az xəbər verir ki, ABŞ-da 2 ay ərzində 3 bankın müflisləşməsindən sonra maliyyə çətinliyi yaşayan regional bank PacWest-in də “satış” da daxil olmaqla strateji variantlarını dəyərləndirdiyi bildirilib.

Bloomberg anonim mənbələrə istinadən PacWest-in maliyyə məsləhətçisi ilə işlədiyini bildirib.

Strateji variantlar qiymətləndirilir

Bankın satışa açıq olmasına baxmayaraq rəsmi hərrac prosesinə başlamadığını bildirən xəbərdə “satış” da daxil olmaqla strateji opsionların qiymətləndirildiyi qeyd edilib.