Goldman Sachs bəyan edib ki, türk banklarına qarşı ehtiyatlı olmaq lazımdır və seçkidən sonra mümkün faiz artımı açıq şəkildə satılan bank səhmlərini digər səhmlərə nisbətən daha həssas edə bilər.
Kommersant.az xəbər verir ki, ABŞ-da yerləşən Goldman Sachs investisiya bankının müştərilərinə göndərdiyi notada Türkiyənin seçkilərə yaxınlaşması ilə bağlı qiymətləndirmələr yer alıb.
Qeyddə Türkiyədəki banklara ehtiyatla yanaşmağı tövsiyə edən Goldman Sachs analitikləri, 14 May seçkilərindən sonra mümkün faiz artımından sonra açıq şəkildə satılan bank səhmlərinin digər səhmlərə nisbətən daha həssas ola biləcəyini qeyd edib.
Goldman Sachs müştərilərinə ünvanladığı notda Türk banklarının tarixən yüksək faiz dərəcələrindən faydalandığını, lakin hökumətin aşağı faizlərə üstünlük verərək siyasətini dəyişdirməsindən sonra bankların bazara aşağı faizlə kredit verməsi üçün yeni qaydalar tətbiq edildiyini, və beləliklə, yeni tətbiq edilən bu qaydaların bankların dinamikasının və ənənələrinin pisləşməsinə səbəb olduğu ifadə edildi.