2020-ci ildə ləğv edilən “Atabank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Azərsu” ASC-ni məhkəməyə verib.
Kommersant.az-ın məlumatına görə, ləğv prossesində olan bankın “Azərsu” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verməsinin səbəbi, suya görə kommunal xidmətlərin onlayn ödənişində yaranan problemlə bağlıdır.
İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.