Bəzi yerli banklar dünyada tanınmış böyük şirkətlərin səhmlərini almaq üçün vətəndaşlara müxtəlif təkliflər edirlər.
Tez-tez belə reklam bildirişləri yollayırlar.
Bəzi şəxslər bunun qanunsuz olduğunu, bəziləri isə inanmadıqlarını bildirir.
Doğru olan nədir, bu cür təkliflər realdırmı, vətəndlar bu təkliflrdən istifadə edə bilərmi?
Kommersant.az məsələni bank məsələləri üzrə ekspert Əkrəm Həsənovla müzakirə edib.
Əkrəm Həsənov bildirir ki, bankların belə bildiriş göndərməsində qanun pozuntusu yoxdur:
"Banklar vətəndaşlara bu bilgiləri göndərməklə bildirir ki, belə bir təklif var. Onlar vətəndaşla həmin şirkətlər arasında vasitəçi olurlar. Vətəndaş bilmir bu səhmləri necə və hardan almaq olar. O səhmlər həmin ölkələrin qanunları ilə idarə olunur. Buna görə də banklar bir növ məsləhətçi rolunda çıxış edir". Ekspert qeyd edir ki, bu bütüm dünyada var:
" Bazar iqtisasiyyatı dövrüdü. Bu o deməkdir ki, isrənilən şəxs istənilən şirkətin səhmlərini ala bilər. Çünki inkoşaf etmiş ölkələrdə böyük şirkətlərin səhmləri sərbəst dövriyyədə olur".
Əkrəm Həsənov bildirir ki, banklar bu xidməti müəyyən xidmət haqqı müqabilində edirlər, lakin vətəndaşlar diqqətli olmalıdır:
"Vətəndaşlar səhmlər alanda bilməlidir ki, bu səhmlər gəlir də gətirə bilər, onlar qoyduqlarını da itirə bilər. Ona görə bütün bunları əvvəldən düşünüb, sonra qərar verməlidir".