USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Taleh Kazımov deputatın çıxışına etirazını bildirdi

12.06.2023 Bank
34 10
"Əli Məsimlinin səsləndirdiyi fikirlər faktlara əsaslanmır. Bu fikirlər sadəcə fərziyələrdən ibarətdir".

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin qtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

AMB sədri deputatın iradlarının əsassız olduğunu söyləyib: "Mərkəzi Bank tərəfindən səsləndirilən fikirlər tam faktlara əsaslanır. Amma burada qeyd olunan və bizə bildirilən məlumatlar sadəcə fərziyədir. Biz statistikaya əsaslanıb məlumat bildiririk. Biz göstəricilərimizi hansı ölkə ilə müqayisə edirik? Xahiş edirəm digər ölkələrin inflyasiya dərəcələrinə baxın. Bəli, bəzi qonşu ölkələrdə inflyasiya aşağı düşür, çünki onlarda üzən məzənnə sistemi var. Amma bu, o demək deyil ki, Azərbaycanda inflyasiya yüksəkdir. Ona görə xahiş edirəm ki, mənə konkret başqa ölkələrdən faiz deyin, misal gətirin. Əli müəllim 2 faiz deyirsiniz, heç Amerikada 2 faizlik inflyasiya yoxdur”.

Qeyd edək ki, deputat Əli Məsimli Mərkəzi Bankın inflyasiya proqnozlarına inanmadıqlarını deyib.