USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklar bu müştərilərə güzəşt edə bilər - Bu praktikada var

13.07.2023 Bank
0 2
Bəzən banklara müraciət edən müştərilər daimi müştəri olduqlarını,kredit ödəmələrini gecikdirmədiklərini, kredit tarixçələri müsbət olduqlarını əsas gətirərək daimi müştəriləri kimi banklardan güzəşt istəyirlər.

Bəs banklar bu halda müştərlilərə müəyyən güzəştlər edərə bilərmi? Nəzərə alsaq ki, bu həm də bankların özlərinə müsbət haldır, bu hal praktikada mümkündürmü?

Kommersant.az məsələni bank məsələləri üzrə ekspert Əkrəm Həsənovla müzakirə edib.

Əkrəm Həsənov bildirib ki, banklar kredit tarixçəsi müsbət olan müştərilərə müxtəlif güzəştlər edə bilər:

“ Praktikada bununla bağlı güzəştlərə rast gəlinir.

Məsələn, digər müştərilərə baxanda kredit faizini aşağı sala bilər, adətən belə də edirlər.

Verdikləri kreditin məbləğini daha çox edə bilər, kredit müddətini uzada bilərlər”.