USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Beynəlxalq Bankı” ikinci rübə olan hesabatını açıqlayıb - CƏDVƏL

21.07.2023 Bank
50 19
“Azərbaycan Beynəlxalq Bankı” (qısaca - ABB) cari ilin ikinci rübünə olan hesbatını açıqlayıb. Hesabata görə dövlət bankının xalis mənfəəti ötən ilin ikinci rübü ilə müqayisədə 45 milyon 620 min manat və ya 38.5 faiz artaraq 164 milyon 37 min manata çatıb.

Kommersant.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, ABB-nin cəmi aktivləri ötən ilin eyni rübü ilə müqayisədə 288 milyon 499 min manat və ya 2.4 faiz azalaraq 11 milyard 794 milyon 455 min manata düşüb. Bu azalmanın əsas səbəbi nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcminin 1 milyard 755 milyon 479 min manat azalmasıdır. Bankın kredit portfelinin 747 milyon 96 min manat artması isə bu azalmanı kiçildib. Belə ki, bankın istehlak kreditləri 289 milyon 726 min manat artaraq 1 milyard 160 milyon 517 min manata, biznes kreditləri 208 milyon 292 min manata, daşınmaz əmlak kreditləri isə 249 milyon 78 min manat artaraq 1 milyard 46 milyon 143 min manata bərabər olub. Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 65 milyon 857 min manat 331 milyon 43 min manata yüksəldib. Nəticədə bankın xalis kreditləri 681 milyon 239 min manata artaraq 3 milyard 856 milyon 893 min manata yüksəldib.

“Azərbaycan Beynəlxalq Bankı” öhdəliklər cəmini 829 milyon 924 min manat və ya 7.9 faiz azaldaraq 9 milyard 693 milyon 513 min manata endirib. Bu azalmanın əsas səbəbi depozit portfelinin ötən ilin 2-ci rübü ilə müqayisədə 595 milyon 517 min manat və ya 6.5 faiz azalaraq 8 milyard 524 milyon 966 min manata düşüb.

Bankın fiziki şəxslərdən topladığı əmanətlər 329 milyon 677 min manat artaraq 2 milyard 19 milyon 179 min manata yüksəlib. Amma hüquqi şəxslər bankdakı əmanətlərinin 12.45 faizini geri götürüblər. Nəticədə bankın hüquqi şəxslərdən topladığı depozitlərin həcmi ötən ilin müvafiq rübü ilə müqayisədə 925 milyon 193 min manat azalaraq 6 milyard 505 milyon 787 min manata enib. Hüquqi şəxslərin vəsaitlərini geri çəkməsi bankın öhdəliklərində 8%-ə yaxın azalmaya səbəb olub. Bu azalmanın 35 faizinin qarşısını isə fiziki şəxslərin əmanətlərinin artması alıb.

Səhmdar kapitalında 1 il ərzində dəyişiklik etməyən dövlət bankının cəmi kapitalı 226 milyon 425 min manat və ya 14.5 faiz artaraq 1 milyard 785 milyon 942 min manata yüksəlib. ABB-nin bölüşdürülməmiş mənfəəti 195 milyon 515 min manat artaraq 375 milyon 221 min manata bərabərləşib. Bankın ümumi ehtiyatları 30 milyon 911 min manat artaraq 185 milyon 73 min manata çatıb.

Dövlət bankının faiz gəliri 122 milyon 570 min manat artaraq 376 milyon 426 min manata, faiz xərcləri isə 29 milyon 311 min manat artaraq 64 milyon 972 min manata yüksəlib. Buna görə də bankın əldə etdiyi xalis faiz gəliri 311 milyon 453 min manat olub ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 93 milyon 259 min manat və ya 42.7 faiz çoxdur.

Bankın qeyri-faiz gəliri 11 milyon 98 min managt artaraq 92 milyon 738 min manata, qeyri-faiz xərcləri isə 29 milyon 311 min manat artaraq 64 milyon 972 min manata bərabərləşib. Nəticədə ABB-nin əldə etdiyi əməliyyat mənfəəti 244 milyon 593 min manat olub. Bu isə ötən ilin eyni rübü ilə müqayisədə 69 milyon 589 min manat və ya 39.7 faiz çoxdur.

Dövlət bankının məcmu kapitalı 227 milyon 339 min manat artaraq 1 milyard 568 milyon 317 min manata çatıb.

Qeyd edək ki, bankın aktivlərinin gəlirliyi (ROA) 0.4 faiz artaraq 14 faizə, kapitalının gəlirliyi isə (ROE) 1.6 faiz artaraq 9.2 faizə yüksəlib.

Azərbaycan Beynəlxalq Bankı

2023 (II Rüb)

2022 (II Rüb)

Fərq

Cəmi Aktivlər

11.794,455

12.082,954

-288.499

Kredit

4.187,936

3.440,840

747,096

İstehlak kreditləri

1.160,517

870,791

289,726

Biznes kreditləri

1.981,275

1.772,983

208.292

Daşınmaz əmlak kreditləri

1.046,143

797,065

249.078

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

331,043

265,186

65,857

Xalis Kreditlər

3.856,893

3.175,654

681,239

Cəmi Öhdəliklər

9.693,513

10.523,437

-829,924

Depozit

8.524,966

9.120,483

-595,517

Fiziki şəxslərin depozitləri

2.019,179

1.689,502

329,677

Hüquqi şəxslərin depozitləri

6.505,787

7.430,980

-925,193

Cəmi Kapital

1.785,942

1.559,517

226,425

Səhmdar kapitalı

1.225,647

1.225,647

0

Bölüşdürülməmiş mənfəət

375,221

179,706

195,515

Ümumi ehtiyatlar

185,073

154,162

30,911

Faiz Gəliri

376,426

253,856

122,570

Faiz Xərci

64,972

35,661

29,311

Xalis Faiz Gəliri

311,453

218,194

93,259

Qeyri-Faiz Gəliri

92.738

81,640

11,098

Qeyri-Faiz Xərci

159.598

124,830

34,768

Əməliyyat Mənfəəti (Zərəri)

244.593

175,004

69,589

Xalis Mənfəət (Zərər)

164.037

118,417

45,620

Məcmu Kapital

1.568,317

1.340,978

227,339

ROA

1.4%

1%

0.4%

ROE

9.2%

7.6%

1.6%