USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Beynəlxalq Bankı”nın cəmi kapitalı artıb

21.07.2023 Bank
39 16
“Azərbaycan Beynəlxalq Bankı” (qısaca - ABB) 2023-cü ilin ilk yarısını cəmi kapitalını 14.5 faiz artıraraq başa vurub.

Kommersant.az ABB-nin hesabatına istinadən xəbər verir ki, Səhmdar kapitalında 1 il ərzində dəyişiklik etməyən dövlət bankının cəmi kapitalı 226 milyon 425 min manat və ya 14.5 faiz artaraq 1 milyard 785 milyon 942 min manata yüksəlib. ABB-nin bölüşdürülməmiş mənfəəti 195 milyon 515 min manat artaraq 375 milyon 221 min manata bərabərləşib. Bankın ümumi ehtiyatları 30 milyon 911 min manat artaraq 185 milyon 73 min manata çatıb.