Bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinn həcmi ötən ilin eyni rübü ilə müqayisədə 185 milyon 707 min manat azalaraq 1 milyard 756 milyon 646 min manata enib. Bu azalma bankın cəmi aktivlərini azaltmağa yetməyib. Belə ki, “Kapital Bank”ın kredit portfeli 410 milyon 736 min manat artaraq 3 milyard 547 milyon 687 min manata yüksəlib. Buna görə də “Kapital Bank”ın cəmi aktivləri 338 milyon 297 min manat və ya 4.44 faiz artaraq 7 milyard 944 milyon 408 min manata bərabərləşib.
Kommersant.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, kredit portfelinin artımında ən çox pay biznes kreditlərinin payına düşüb. Belə ki, bankın biznes kreditləri 165 milyon 593 artaraq 1 milyard 127 milyon 874 min manata yüksəlib. Bu da kredit portfelindəki artımın 40.3 faizini təşkil edib. “Kapital Bank”ın istehlak kreditləri 102 milyon 94 min manat artaraq 1 milyard 927 milyon 244 min manata, daşınmaz əmlak kreditləri isə 143 milyon 49 min manat artaraq 492 milyon 569 min manata yüksəlib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 486 min manat artıraraq 394 milyon 807 min manata çatdırıb. Buna görə də bankın xalis kreditləri 409 milyon 249 min manat artaraq 3 milyard 152 milyon 879 min manata bərabər olub.