“Kapital Bank”ın cəmi öhdəlikləri bu ilin ilk yarısında 7 milyard 121 milyon 49 min manat olub. Bu da ötən ilin eyni rübü ilə müqayisədə 142 milyon 249 min manat və ya 2 faiz çoxdur.
Kommersant.az xəbər verir ki, bu artımda da əsas pay depozit portfelinin payına düşüb. Belə ki, bankın əhalidən topldığı əmanətlərin həcmi 150 milyon 698 min manat artaraq 6 milyard 238 milyon 948 min manata çatıb. Bu atımın əsas səbəbkarı isə fiziki şəxslər olub. Onların əmanətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 milyon 705 min manat və ya 4.4 faiz artaraq 1 milyard 988 milyon 497 min manata yüksəlib. Hüquqi şəxslərin əmanətləri isə 66 milyon 993 min manat və ya 1.6 faiz artaraq 4 milyard 250 milyon 451 min manata çatıb.
Bankın digər öhdəlikləri isə 53 milyon 556 min manat və ya 19.3 faiz azalaraq 224 milyon 502 min manata enib.