USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Kapital Bank”ın cəmi kapitalı artıb

24.07.2023 Bank
23 16
Səhmdar kapitalını 20 milyon manat artıran “Kapital Bank”ın cəmi kapitalı 195 milyon 704 min manat və ya 31.2 faiz artaraq 823 milyon 359 min manata çatıb.

Kommersant.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bu artımda isə əsas pay bankın bölüşdürülməmiş mənfəətinin üzərinə düşüb. Belə ki, bankın sözügedən mənfəəti kapitalın artımında 87 faiz paya sahibdir. Bankın bu mənfəəti ötən ilin analoji rübü ilə müqayisədə 170 milyon 267 min manat və ya 50.5 faiz artaraq 507 milyon 108 min manat olub. “Kapital Bank” ümumi ehtiyatlarını da 5 milyon 437 min manat artaraq 49 milyon 601 min manata yüksəlib.