USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yapı Kredi Bank” kredit portfelini artırıb

26.07.2023 Bank
27 14
“Yapı Kredi Bank”ın cəmi aktivləri 46 milyon 87 min manat və ya 12 faiz artaraq 429 milyon 849 min manata yüksəlib. Bu artımda kredit portfelinin payı 65.9 faiz olub. Belə ki, bankın kredit portfeli ötən ilin eyni rübü ilə müqayisədə 30 milyon 376 min manat və ya 13.75 faiz artaraq 251 milyon 279 min manata yüksəlib.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Qoç Bank”ın istehlak kreditləri 11 milyon 362 min manat artaraq 52 milyon 163 min manata, biznes kreditləri 11 milyon 77 min manat artaraq 170 milyon 955 min manata, daşınmaz əmlak kreditləri isə 7 milyon 938 min manat artaraq 28 milyon 161 min manata çatıb.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 679 min manat azaldaraq 36 milyon 299 min manata düşüb. Buna görə də bankın xalis kreditləri 32 milyon 56 min manat artaraq 214 milyon 980 min manata yüksəlib.