“Yapı Kredi Bank”ın cəmi öhdəlikləri 41 milyon 439 min manat artaraq 341 milyon 314 min manata çatıb. Bu artımda depozit portfelinin payı 78.8 faizdir. “Qoç Bank”ın depozit portfeli 32 milyon 654 min manat və ya 12 faiz artaraq 303 milyon 203 min manata yüksəlib.
Kommersant.az xəbər verir ki, bankın fiziki şəxslərdən topladığı 14 milyon 958 min manat artaraq 83 milyon 703 min manat olub. Hüquqi şəxslərin əmanətləri isə 17 milyon 696 min manat artaraq 219 milyon 500 min manata bərabər olub.