USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deutsche Bank son 12 ilin ən yüksək gəliri

26.07.2023 Bank
44 24
Mərkəzi ofisi Frankfurtda yerləşən Almaniyanın ən böyük banklarından biri olan Deutsche Bank, bu ilin ilk yarısında 3,3 milyard avro ilə 2011-ci ildən bu yana 6 aylıq bazda ən yüksək vergiqabağı mənfəətə çatdı.

Bankdan verilən açıqlamaya görə, Deutsche Bank bu ilin birinci rübündə vergidən əvvəl 1,4 milyard avro mənfəət əldə edib.

Deutsche Bank qrupunun bu ilin ilk yarısında vergidən əvvəlki mənfəəti 3,3 milyard avro təşkil edib ki, bu da 2011-ci ildən bəri 6 aylıq vergidən əvvəlki ən yüksək mənfəətdir.