Kommersant.az-ın xəbərinə görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən protokol tərtib olunub.
İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır.
Qeyd: Şirkət barəsində ötən il də bu maddəyə əsasən cərimə protokolu tərtib edilmişdi.