USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“UniBank” cəmi aktivlərini artırıb

01.08.2023 Bank
27 3
“UniBank”ın cəmi aktivləri cari ilin ilk 6 aylığında 1 milyard 560 milyon 550 min manat olub. Bu ötən ilin sonu ilə müqayisədə 119 milyon 906 min manat və ya 8.32 faiz çoxdur. Bu artımda ən böyük pay 96.6 faizlə kredit portfelinin üstünə düşüb. Bankın müştərilərinə verdiyi kredit 2022-ci ilin sonu ilə müqayisədə 115 milyon 855 min manat artaraq 1 milyon 5 milyon 449 min manata çatıb.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “UniBank”ın istehlak kreditləri 70 milyon 899 min manat artaraq 618 milyon 105 min manata, biznes kreditləri 36 milyon 637 min manat artaraq 310 milyon 962 min manata, daşınmaz əmlaka verdiyi kreditlər isə 8 milyon 320 min manat artaraq 76 milyon 382 min manata çatıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 12 milyon 489 min maant artıraraq 67 milyon 5 min manata çatdırdığı üçün “UniBank”ın xalis kreditləri 938 milyon 444 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 103 milyon 367 min manat və ya 12.37 faiz çoxdur.