“UniBank” 2023-cü ilin ilk yarımillik hesabatını açıqlayıb. Hesabata görə əldə etdiyi mənfəətdən vergi verməyən bankın xalis mənfəəti 9 milyon 202 min manat olub. Bu da ötən ilin eyni döcrü ilə müqayisədə 8 milyon 412 min manat çoxdur.
Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “UniBank”ın cəmi aktivləri cari ilin ilk 6 aylığında 1 milyard 560 milyon 550 min manat olub. Bu ötən ilin sonu ilə müqayisədə 119 milyon 906 min manat və ya 8.32 faiz çoxdur. Bu artımda ən böyük pay 96.6 faizlə kredit portfelinin üstünə düşüb. Bankın müştərilərinə verdiyi kredit 2022-ci ilin sonu ilə müqayisədə 115 milyon 855 min manat artaraq 1 milyon 5 milyon 449 min manata çatıb.
“UniBank”ın istehlak kreditləri 70 milyon 899 min manat artaraq 618 milyon 105 min manata, biznes kreditləri 36 milyon 637 min manat artaraq 310 milyon 962 min manata, daşınmaz əmlaka verdiyi kreditlər isə 8 milyon 320 min manat artaraq 76 milyon 382 min manata çatıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 12 milyon 489 min maant artıraraq 67 milyon 5 min manata çatdırdığı üçün “UniBank”ın xalis kreditləri 938 milyon 444 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 103 milyon 367 min manat və ya 12.37 faiz çoxdur.
“UniBank” fiziki şəxslərdən topladığı əmanətlərin həcmini 66 milyon 849 min manat artıraraq 838 mliyon 206 min manata çatdırıb. Hüquqi şəxslərdən yığdığı depozitlər isə 47 milyon 779 min manat artaraq 266 milyon 167 min manat olub. Buna görə də bankın depozit portfeli 114 milyon 629 min manat və ya 11.58 faiz artaraq 1 milyard 104 milyon 373 min manat olub. Nəticədə bankın öhdəliklər cəmi 1 milyard 437 milyon 67 min manat olub ki, bu da ötən ilin son rübü ilə müqayisədə 109 milyon 819 min manat və ya 11.58 faiz çoxdur.
Səhmdar kapitalını dəyişməyən “UniBank”ın cəmi kapitalı 10 milyon 88 min manat artaraq 123 milyon 483 min manat edib. Kapital cəminin artmasının səbəbi bankın yığılmış zərərinin 9 milyon 207 min manat azalaraq 25 milyon 832 min manata düşməsidir. Bankın ümumi ehtiyatları isə 881 min manat arataraq 10 milyon 631 min manata yüksəlib.
UniBank
2023 (II Rüb)
2022 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
1.560,550
1.440,644
119,906
Kredit
1.005,449
889,594
115,855
İstehlak kreditləri
618,105
547,206
70,899
Biznes kreditləri
310,962
274,325
36,637
Daşınmaz əmlak kreditləri
76,382
68,062
8,320
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
67,005
54,516
12,489
Xalis Kreditlər
938,444
835,077
103,367
Cəmi Öhdəliklər
1.437,067
1.327,248
109,819
Depozit
1.104,373
989,744
114,629
Fiziki şəxslərin depozitləri
838,206
771,357
66,849
Hüquqi şəxslərin depozitləri
266,167
218,388
47,779
Cəmi Kapital
123,483
113,395
10,088
Səhmdar kapitalı
138,200
138,200
0
Yığılmış zərəri
-25,832
-35,039
9,207
Ümumi ehtiyatlar
10,631
9,750
881
“UniBank”ın faiz gəliri 24 milyon 581 min manat artaraq 100 milyon 68 min manata, faiz xərcləri isə 7 milyon 57 min manat artaraq 33 milyon 508 min manata çatıb. Buna görə də bank 62 milyon 790 min manatlıq xalis faiz gəliri əldə edib ki, bu da 2022-ci ilin ilk yarısı ilə müqayisədə 14 milyon 611 min manat və ya 30.32 faiz çoxdur.
“UniBank”ın qeyri-faiz gəliri 24 milyon 15 min manat artaraq 48 milyon 271 min manata, qeyri-faiz xərcləri isə 18 milyon 593 min manat artaraq 82 milyon 878 min manata bərabər olub. Nəticədə bankın əldə etdiyi əməliyyat mənfəəti 20 milyon 33 min manat artaraq 28 milyon 183 min manata yüksəlib.
Bnakın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 29 milyon 961 min manat artaraq 139 milyon 574 min manat olub.
Qeyd edək ki, “UniBank”ın aktivlərinin gəliri (ROA) 054 faiz artaraq 0.59 faizə, kapitalının gəlirliyi (ROE) isə 6.76 faiz artaraq 7.45 faizə yüksəlib.